KEFİ KORLANMAQ (POZULMAQ)
KEFİ KÖK, DAMAĞI ÇAĞ
OBASTAN VİKİ
Kök
Yerkökü (lat. Daucus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin yerkökü cinsinə aid bitki növü. Yerkökü kökümeyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir. Ondan təzə halda aşpazlıqda, qurudulmaq, şirə hazırlamaq, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur. "Divanü Lüğat-it-Türk"də "geşür" adlandırılan bu bitkiyə hazırda Azərbaycanın bəzi bölgələrində xalq arasında keşir, türkmən türkcəsində kəşir, tatar və başqırd türkcəsində kişir, qaraqalpaq türkcəsində geşir deyilir. Həmçinin türkiyədə "keşir salatı" və "keşir dolması" şəklində bu kəlmədən istifadə edilir. == Tərkibi == Yerkökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür. Qabığın altında qidalı maddələrlə zəngin ətli hissə yerləşir. Kök mərkəzində özək vardır. Özəyin zərif və ya kobud olması yerkökünün keyfiyyətliliyini göstərir.
Kök (orqan)
Kök — hər hansı mühitdə yarpaq və müəyyən qayda üzrə düzülmüş tumurcuqlardan məhrum olan bitki orqanı. Bəzi bitkilərin kökləri olmur . Kök sistemi iki cür olur: mil kök və saçaqlı kök sistemi. == Sistem və tipləri == Kökün ucunda əksərən kök üsküyü və mikoriza olur. Kök həmişə morfoloji ucdan böyüyür və endogen budaqlanma (daxilində törəmə), xüsusiyyətinə malikdir. Otlar, kollar və ağaclar kök sisteminə malikdir. Kök, bitkinin əsas orqanlarından biridir. Kökün əsas vəzifələrindən (funksiyalarından) biri, bitkini torpağa bərkitmək və torpaqdakı suyu, eləcə də mineral maddələri sormaqdır. Çox vaxt kök, ehtiyat qida maddəsi toplanan orqana da çevrilir. Üzvi maddələrin yaradılmasında və vegetativ çoxalma prosesində də kök iştirak edir.
Kök (tərəvəz)
Kök altı
Kökaltı - kvadratı a-ya bərabər olan ədədə a ədədinin kvadrat kökü deyilir və {\displaystyle {\sqrt {{~^{~}}^{~}\!\!}}} kimi işarə olunur Məsələn: 25 = 5 {\displaystyle {\sqrt {25}}=5} a ədədinin n-ci dərəcədən kökü n kimi işarə olunur. n-ci dərəcədən kökün tərifinə görə (n)n=a eyniliyi doğrudur. Tərif: Mənfi olmayan ədədin n-ci dərəcədən mənfi olmayan kökünə, bu ədədin n-ci dərəcədən hesabı kökü deyilir. Kökaltı aşağıdakı xassələrə malikdir: Hasilin kökü vuruqların kökləri hasilinə bərabərdir, a olarsa onda Qismətin kökü bölünənlə bölənin kökləri qismətinə bərabərdir, yəni a olarsa onda Kökün natural üstlü qüvvəti, kökaltı ifadənin həmin üstlü qüvvətinin kökünə bərabərdir, yəni a n, m N olarsa (n) m =n Kökün dərəcəsinin hər hansı natural ədədə vurub kökaltı ifadəni həmin dərəcədən qüvvətə yüksəltsək kökün qiyməti dəyişmir, yəni a olarsa n = nmElə ədədlər var ki, kökün altından çıxa bilmir bunlara irrasional ədədlər deyilir.Məsələn 2,5,13,19,21,30 və.s.Bu ədədlər sonsuzdur. Lakin bəzi alimlər,riyaziyyatçılar bir neçə irrasional ədədi kökün altında çıxarıblar. Arximed 3 rəqəmini kökün altından çıxara bilib və 265/153 ilə 1351/780 rəqəmlərini tapıb. Azərbaycanlı 8-ci sinif şagirdi Talıb Sədiyev isə 30 və 20 rəqəmlərini kökün altından çıxarıb və 5,47722557505165 ilə 4,472135955 ədədlərini tapıb.Talıb digər irrasional ədədləridə kökün altından çıxarmaq istəyir. == Xassələri (düsturla) == 0 n = 0 ; n ∈ N ≥ 2. {\displaystyle {\sqrt[{n}]{0}}=0;n\in \mathbb {N} \geq 2.} a b n = a n b n , a , b ≥ 0 ; {\displaystyle {\sqrt[{n}]{ab}}={\sqrt[{n}]{a}}{\sqrt[{n}]{b}},\qquad a,\ b\geq 0;} a n n = a , a ⩾ 0 {\displaystyle {\sqrt[{n}]{a^{n}}}=a,a\geqslant 0} ∀ a ⩾ 0 , b > 0 1 b n = 3 n b n {\displaystyle \forall a\geqslant 0,b>0\qquad {\sqrt[{n}]{\frac {1}{b}}}={\frac {\sqrt[{n}]{3}}{\sqrt[{n}]{b}}}} a m n = ( a n ) m = ( a 1 / n ) m = a m / n .
Kök hüceyrələr
Kök hüceyrələr başqa cür hüceyrələrə differsiasiya edə bilən hüceyrələrə deyilir. Onlar həmçinin bölünərək özlərinə bənzər kök hüceyrələr yarada bilərlər. Bu hüceyrələr həmçinin sütun və ya kötük hüceyrələri də adlanır. Sütun hüceyrələrin texnologiyası hüceyrələrin inkişafı və differensiasiyası proseslərinin qəbul olunmuş ənənəvi formasından tamamilə fərqlənir. Bu hüceyrələr vasitəsilə ayrı-ayrı hüceyrələrin, toxumaların və hətta tam bir orqanizmin klonlaşdırılması mümkündür. Normal kök hüceyrələrində telomeraza fəallığı vardır. == Tarixi == Kök hüceyrələrin öyrənilməsi təqribən 40 il bundan əvvəl başlamışdır. 1978: İnsanın göbək ciyəsindən alınmış qanda kök hüceyrələri kəşf olundu. 1981: Siçanın erkən embrion mərhələsindən ilk dəfə embrional kök hüceyrələri alındı. 1995: İlk dəfə primatlardan kök hüceyrələr alındı.
Kök sistemi
Kök sistemi bitkinin bütün köklərinin cəmi kök sistemini əmələ gətirir. Kök sisteminin 2 tipi var. Mil və saçaqlı kök sistemi. == Mil kök sistemi == Burada əsas kök digər köklərdən yaxşı seçilir. Əsas kök və yan kök birləşərək mil kök sistemi əmələ gətirir. Bu kök sisteminə ikiləpəlilərdə olan bitkilər aiddir. Nümunə: noxud, günəbaxan, quşəppəyi və digər ikiləpəlilərin nümayəndələri aiddir. == Saçaqlı kök sistemi == Burada əsas kök ya tez quruyur, ya da əlavə və yan köklər arasından seçilmir. Yan kök və əlavə kök birləşərək saçaqlı kök sistemi əmələ gətirir. Bu kök sisteminə birləpəlilərdə olan bitkilər aiddir.
Kök türklər
Kök Türklər və ya Göytürklər (göytürkcə: 𐱅𐰇𐰼𐰰:𐰜𐰇𐰛 Kök Türük və ya 𐱅𐰇𐰼𐰛 Türk) orta əsrlərdə Orta Asiyada köçəri türk xalqları konfederasiyası. == Haqqında == Göytürklər 6-cı əsrin sonlarında zirvəsinə çatdılar və Çinin Sui sülaləsini işğal etməyə başladılar. Lakin türk zadəganlarının bölünməsi və Xaqanın taxt uğrunda apardıqları vətəndaş müharibəsi səbəbindən müharibə başa çatdı. Sui imperatoru Wen'in dəstəyi ilə Yami Qaghan yarışmada qalib gəldi. Ancaq Göktürk imperiyası Şərq və Qərb imperiyalarına bölündü. Vətəndaş müharibəsindən zəifləyən Yami Qağan Sui sülaləsinə beyət etdi. Sui azalmağa başlayanda, Şibi Xaqan öz ərazisinə hücum etməyə başladı və hətta 100.000 süvari qoşunu ilə Yanmenin mühasirəsində (Miladdan əvvəl 615) İmperator Yanı mühasirəyə aldı. Sui sülaləsinin süqutundan sonra Göytürklər, sonrakı Çin vətəndaş müharibələrinə müdaxilə edərək, 622 və 623-cü illərdə yüksələn Tang'a qarşı şimal-şərq üsyançısı Liu Heitaya dəstək verdi. Tanq generallar və edam edildi. Sonra Tan sülaləsi quruldu.
Qusdurucu kök
Yandırıcı kök
Yandırıcı kök (lat. Cnidium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Kök-Suu rayonu
Kök-Suu rayonu (altayca: Кöк-Суу аймак / Kök-Suu (Göksu) aymak, rusca: Усть-Коксинский муниципальный район) Rusiya Federasiyasının tərkibində olan Altay Respublikasının rayonu. == Tarixi == Kök-Suu sözü altaycada göksu (mavi su) mənasını verir. Rusların rayon ərazisinə gəlişi XIII əsrdə olmuşdur. 16 sentyabr 1924-cü ildə mərkəzi Katanda kəndi olan Uymon rayonu yaradıldı. 10 aprel 1933-cü ildə rayonun adı Kök-Suu olaraq dəyişdirildi və mərkəzi Ust-Koksu kəndinə köçürüldü. == Coğrafiya == Coğrafi olaraq Altay Respublikasının cənub-qərb hissəsində, Qazaxstanla sərhəddə yerləşir. Rayonun sahəsi 12,958 km²-dir. Altay Respublikasının rayonları arasında ərazisinə görə üçüncü yeri tutur. Dağ-çöl ərazilərindən ibarətdir. Rayonda 439 göl var.
Kök və çubuq
Yerkökü və çubuq — ingilis dilində idiom. "Yerkökü və çubuq" ifadəsi arzu olunan davranışa sövq etmək üçün mükafat və cəza birləşməsinin istifadəsi üçün metaforadır. Yaxşı davranışı mükafatlandırma, pis davranışı da cəzalandırma mənasına gəlir. İfadə ilk dəfə The Economist jurnalının 11 dekabr 1948-ci il buraxılışında istifadə edilmişdir. İdiom həm də qarşısında kök asaraq eşşəyi gəzdirmək mənasını verir. Siyasətdə "Yerkökü və çubuq" bəzən realist yumşaq və sərt güc anlayışına istinad edir. Bu kontekstdə yerkökü xalqlar arasında iqtisadi və ya diplomatik yardım vədi, çubuq isə hərbi əməliyyat təhlükəsi ola bilər.
Kök-monçaq dili
Kök-monçaq dili — türk dillərinin Sayan qrupuna aid dil. Tıva, Tofalar, Soyot-tuka və Sengel dilləri ilə yaxın qohumdur. Bəzən Tıva və ya Sengel dillərinin qərb dialeki hesab edilir. Monqolustanda, Monqolustanda və Çində danışılır. 1995-ci ildə 200 nəfər danışırdı.
Viktor Şagjapoviç Kök-ool
Viktor Şagjapoviç Kök-ool (tuvaca: Көк-оол, Виктор Шогжапович, 1 mart 1906, Torqalıq[d] – 20 fevral 1980, Kızıl, Tuva MSSR) – tuvalılar arasında məşhur olan dramaturq, rejissor, Tuva ədəbiyyatının öndə gedən yazıçılarından biri. Rusiya Sovet Sosialist Federasiyasının məşhur sənətkalarından biri olmuşdur. == Həyatı == Viktor Kök-ool 1 mart 1906-cı ildə Övür bölgəsinin Torqalıq adlı məntəqəsində anadan olmuşdur. Yazını özü öyrənmiş, daha sonra Moskvada Şərq Millətləri Kommunistlik Universitetində, A. Lunaçarski Dövlət Teatr Sənət İnistitutunu bitirmişdir. 1925-ci ildən sonra Milli Təhsil və Mədəniyyət, 1938-ci ildən sonra Tuva Sənət Teatr Studiosunun rəhbərliyini etmiş, müdir, rejissor və sənətçi olaraq işləmişdir.Ədəbi fəaliyyətə 1934-cü ildə başlamışdır. "Çurttu utpaalınar", "Çalış-Haya" adlı ilk pyesləri 1935-ci ildə səhnəyə qoyulmuşdur. 1936-cı ildə "Haylraan bot", "Manı-Kara" adı pyeslərini yazmışdır. "Sambajık" teatr əsərini 1942–1943-cü illərdə yazmışdır. Bir çox mahnının bəstələrini etmişdir. "Sambajık" adlı pyeslər antologiyası 1966-cı ildə, "Ədəbiyyat Antologiyası" 1976-cı ildə, "Baylak çurtum" adlı mahnı antologiyası isə 1988-ci ildə nəşr edilmişdir.1942-ci ildən bəri Tuvanın, 1945-ci ildən isə SSRİ-nin Yazıçılar Birliyinin üzvüdür.
Yonca kök yumrusu uzunburunu
Yonca kök yumrusu uzunburunu (lat. Sitona Longulus) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Uzunburun böcəklər fəsiləsinə aid olan növ. == Xarici quruluşu == 3–6 mm uzunluqdadır. Qısa, yoğun xortuma malikdir. Böcəyi uzunsov ovalvarıdır. Əksər hallarda bədənləri kül rəngindədir. Yumurtası ovalvarı olub, açıq sarı rənglidir. Uzunluğu 0,4 mm, eni təxminən 0,3 mm-dir. Sürfəsi ağ və ya çirkli-ağ rəngdə olub. Başı qonurdur.
амфитрио́н букси́рный выле́чивание зенко́вка по-изво́зчицки подови́к дать дрозда́ децибе́л ды́мчатый перезака́зывать по́вод реди́ска цы́ркнуть чи́стиковый палата поить увоз Copenhagen hide save stinking vanity fair подыграться поли- пыльно